"Starbucks"ın yeni rəhbəri işə təyyarə ilə gedəcək

"Starbucks"ın yeni rəhbəri Brayan Nikkolun işə təyyarə ilə gedəcəyi məlum olub və bunun nəticəsində şirkət tənqidlərə məruz qalıb.

Telexeber.az bildirir ki, "Starbucks"ın yeni rəhbəri Brayan Nikkol ailəsinin yaşadığı Nyuport-Biçdəki (Kaliforniya ştatı) evindən şirkətin təyyarəsi ilə 1600 kilometr məsafə qət edərək şirkətin mərkəzi qərargahının yerləşdiyi Sietl şəhərinə gedəcək.


Sentyabrın 9-da şirkəti təhvil alacaq Nikkolun şəxsi təyyarə ilə təmin olunmasının "Starbucks"ın ətraf mühitlə bağlı korporativ təbliğatına zidd olduğu bildirilib.

Razılaşmaya əsasən, Nikol Starbucks-ın təyyarəsindən həm işgüzar səfərlər, həm də ev və şirkət arasında istifadə edə biləcək.
Популярный ролик