Rusiyaya ABŞ-dən təzyiqlər qəbuledilməzdir - Peskov
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ hakimiyyətinin təkcə Rusiyaya deyil, həm də onun vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar və məhdudlaşdırıcı tədbirlər Rusiyanın maraqlarını boğmaq cəhdidir.
Telexeber.az xəbər verir ki, bu sözləri prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva onları qətiyyətlə pisləyir:
“Vaşinqton Rusiyaya, Rusiya vətəndaşlarına təzyiq göstərməyə davam edir. Hətta Rusiya mediasına da təzyiqlər davam edir. Biz bu xətti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirik. Amma biz mövcud olduğumuz reallığın fərqindəyik. Biz isə öz maraqlarımıza uyğun hərəkət edirik”.
Qeyd edək ki, sentyabrın 5-də ABŞ Ədliyyə Departamenti altı Rusiya vətəndaşını Ukrayna və NATO ölkələrinin resurslarına kiberhücumlar etmək üçün sui-qəsddə ittiham edib . Həmin gün departament Dmitri Simes və onun həyat yoldaşı Anastasiyanı sanksiyaları pozmaqda ittiham edib.