Bu nüvə güclərinin birbaşa toqquşmasına səbəb ola bilər - Rusiya
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarusun paytaxtı Minskdə keçirilən görüşdə Rusiya və Belarusun hərbi rəsmiləri bir araya gəlib.
Telexeber.az xəbər verir ki, görüş Rusiyanın müdafiə naziri Andrey Belousov və Belarusun müdafiə naziri Viktor Hrenin sədrliyi ilə keçirilib. Nazirlər birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, Rusiya və Belarus NATO-nun hərəkətlərinə qarşı hərbi müdafiə sahəsində əməkdaşlığı gücləndirməkdə davam edəcək. Görüşdə çıxış edən Belousov bildirib ki, NATO Rusiya-Belarus İttifaq dövlətinin sərhədlərində düşməncəsinə hərəkətlər edir və alyansın koalisiya qüvvələrinin sayını artırır. NATO-nun Ukrayna məsələsinə qarışdığını və bunun qlobal risklər yaratdığını vurğulayan Belousov, "Rusiyaya maksimum zərər vurmaq istəyi nüvə güclərinin birbaşa toqquşmasına səbəb ola bilər” - deyə bildirib.