Hindistan böyük uğur əldə etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanın Kosmik Tədqiqatlar Agentliyi SpaDeX missiyasının uğurla başa çatdığını elan edib.
Telexeber.az xəbər verir ki, Hindistan, peykinin kosmosa yerləşməsi ilə Rusiya ABŞ və Çindən sonra insan müdaxiləsi olmadan kosmosa qoşulma missiyasını uğurla başa vuran dördüncü ölkə olub. Hindistanın Baş naziri Narendra Modi sosial mediadakı açıqlamasında bu nailiyyətin Hindistanın gələcək kosmos missiyaları üçün mühüm addım olduğunu bildirərək, Kosmik Tədqiqatlar Agentliyinin komandasını təbrik edib.
Məlumata görə, Hindistanın nailiyyəti onun 400 milyard dollarlıq qlobal kosmik bazarda öz yerini tutmaq üçün mühüm hadisədir. Hazırda Hindistanın kosmos sahəsindəki payı 2 faiz və ya təxminən 8 milyard dollardır.