Amerikalıların çoxu Trampın fəaliyyətindən narazıdır - Sorğu
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-də keçirilən sorğunun nəticələrinə görə, ictimaiyyətin 52 faizi Prezident Donald Trampın vəzifədəki fəaliyyətini bəyənmir.
Telexeber.az xəbər verir ki, sorğu CNN və SSRS müstəqil araşdırma şirkəti tərəfindən həyata keçirilib. Sorğuda 2212 nəfər iştirak edib. Trampın Konqresə ilk rəsmi müraciətindən əvvəl keçirilən sorğuda respondentlərin 48 faizi onun vəzifədəki fəaliyyətindən razı qaldıqlarını, 52 faizi isə onun fəaliyyətini bəyənmədiyini bildirib. Sorğuda qeyd olunub ki, Trampın prezidentliyindən məmnunluq səviyyəsi, onun əvvəlki prezidentliyi dövründə Konqresə ilk müraciətindən əvvəl keçirilən sorğudakı məmnunluq səviyyəsindən yüksək olub.
Respublikaçı respondentlərin 90%-i Trampın prezident kimi fəaliyyətindən razıdır. Demokratların 90 faizi və müstəqil respondentlərin 59 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər.