Havay adalarında vulkan püskürdü

ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanında 23-cü püskürmə baş verib.

Telexeber.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bildirilib ki, bu püskürmə 25 may 2025-ci il tarixində saat 22:25 HST-də (Bakı vaxtı ilə 26 may, saat 10:25) başa çatıb. Püskürmə zamanı lava şırnaqları təxminən 300 metr hündürlüyə qalxıb. Hazırda vulkanın aktivliyi "WATCH" səviyyəsindədir və hava məkanında "ORANGE" kodu ilə xəbərdarlıq verilib.

KilaueaHavay adalarının cənub-şərq sahilində yerləşən və dünyanın ən aktiv vulkanlarından biri sayılır. Halemaʻumaʻu kraterindəki bu püskürmə, 2024-cü ilin dekabrından bəri davam edən ardıcıl püskürmələrin bir hissəsidir. Əvvəlki püskürmələrdə lava şırnaqları 300 ilə 600 fut (təxminən 90 ilə 180 metr) hündürlüyə qalxıb.
Популярный ролик