Çin bu qadağanı ləğv etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Çin Yaponiyaya məxsus dəniz məhsullarının idxalına qoyduğu qadağanı ləğv edib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Xatırladaq ki, 2011-ci ildə Fukuşima atom elektrik stansiyasının sunami nəticəsində zərər görməsi və radioaktiv maddələrin okeana axması ehtimalı səbəbindən, Çin 2023-cü ildə Yaponiyadan dəniz məhsullarının idxalına qadağa qoymuşdu.