Ermənistanda hərbçilər qəzaya düşdü - 7 yaralı var
Facebook
Вконтакте
Одноклассники
Google+

Ermənistanda Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.
Telexeber.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, hadisə Mehri–Sisian avtomobil yolunda baş verib.
Qəza nəticəsində 6 hərbçi və 1 tibb bacısı xəsarət alıb, hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları və qəzanın səbəbləri araşdırılır.