Maduro ABŞ-nin mümkün hücumu ilə bağlı orduya əmr verdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Venesuela Prezidenti Nikolas Maduro Hərbi Hava Qüvvələrinə ABŞ-nin mümkün hücumuna hazır olmağı tapşırıb.
Telexeber.az xəbər verir ki, Maduro paytaxt Karakasda keçirilən Bolivar Hərbi Aviasiyasının 105-ci ildönümü mərasimlərində iştirak edib və ABŞ təhdidlərindən danışıb. Maduro bildirib ki, ABŞ Venesuela ictimaiyyətinin inanmadığı yalanlarla Karib dənizi, Cənubi Amerika və Venesueladakı sülhü daim təhdid edir.
Maduro, “Venesuela xalqını qorxudan heç bir təhdid və ya təcavüz yoxdur. Bolivarın rəhbərliyi altında bu xalq sakitcə vətənini, torpaqlarını, dənizlərini, səmalarını və tarixini müdafiə etməyə hazırlaşıb", - deyə bildirib.