Maduro rəqs edərək ABŞ-yə sülh təklif etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-yə sülh təklif edib.
Telexeber.az xəbər verir ki, o, paytaxt Karakasda keçirilən Bolivar İcma komandirlərinin andiçmə mərasimində çıxış edib. Maduro rəqs edərək, ABŞ-ni sülhə çağırıb. Minlərlə tərəfdarının qarşısında musiqi sədaları altında rəqs edən Maduro, “Müharibə? Müharibə olmasın xahiş edirəm, sülh xahiş edirəm” - deyə şüar səsləndirib.
Maduronun sözlərinə görə, venesuelalılar partiya və ya ideologiya mənsubiyyətindən asılı olmayaraq, vahid səslə birləşiblər və xalqın 94 faizi imperialist hərbi təhdidi rədd edir. O, xalqın vətənini müdafiə etmək üçün hər hansı hücuma qarşı hazır olduğunu bəyan edib.