Putin atəşkəsə hazırdır - Şərtləri var
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.
Telexeber.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri nazirə istinadən məlumat yayıb.
O, Moskva və Kiyevin sülh sazişinin əldə edilməsinə marağının artdığını qeyd edib. Nazirin sözlərinə görə, müharibə zamanı tərəflər öz imkanlarının sərhədlərini görüblər.
"Anladığımız kimi, cənab Putin də müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh sazişi ilə razılaşmağa hazırdır".