Etirazçıların səsini eşidirik - Pazeşkian
Facebook
Вконтакте
Одноклассники
Google+

İran prezidenti Məsud Pazeşkian etirazlarla bağlı açıqlama verib.
Telexeber.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Pazeşkian etirazçıların şikayətlərini qulaqardına vurmadıqlarını və problemlərin həlli üçün səy göstərdiklərini bildirib. O, ölkənin düşmənlərinin iğtişaşları qızışdırmağa çalışdıqlarını irəli sürüb.
Pazeşkian, “Düşmən ölkəyə təlim keçmiş terrorçuları gətirib. Xaos yaradan və üsyan edənlər etiraz edən xalq deyil. Biz etirazçıların səsini eşidirik və bütün səylərimizi onların problemlərinin həlli üçün sərf edirik”, - deyə bildirib.