Nişanlısı ilə restorana gedən baş nazirə BÖYÜK ŞOK!
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni Zelandiyanın Vellinqton şəhərində ölkənin Baş naziri Casinda Arderni və onun nişanlısını kafeyə buraxmayıblar.
Telexeber.az xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzeti məlumat yayıb. Bildirilib ki, Yeni Zelandiyada koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan qaydalara əsasən, kafelərdə adam sayının normadan artıq olmasına icazə verilmir.
Kafenin işçiləri yalnız yerlərdən biri boşaldıqdan sonra Baş nazir və nişanlısını içəri dəvət ediblər. Kafenin sahibi məlumatı təsdiqləyib və bildirib ki, onlar hər kəsə vəzifəsindən asıllı olmayaraq eyni yanaşırlar.