Tramp bu ölkələrdən 1 milyard dollar tələb edir
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp Qəzzada yaradılacaq “Sülh Şurası”nda daimi yer əldə etmək istəyən ölkələrdən ən azı 1 milyard dollar tələb edib.
Telexeber.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İştirakçı dövlətlər nizamnamə qüvvəyə mindikdən sonra səlahiyyətlərini üç il müddətində icra edəcəklər.
Şuraya 1 milyard ABŞ dollarından artıq vəsait ayıran dövlətlər üçün üçillik müddət məhdudiyyəti tətbiq olunmayacaq.
Nizamnaməyə əsasən, “Sülh Şurası”nın tərkibinə hansı ölkələrin dəvət ediləcəyinə birbaşa Donald Tramp qərar verəcək.