Macarıstan Rusiyaya qarşı yeni sanksiyalara veto qoydu
Facebook
Вконтакте
Одноклассники
Google+

Macarıstan Rusiyaya qarşı yeni sanksiya paketinə və Ukraynaya planlaşdırılan 90 milyard avroluq kreditə veto qoyub.
Telexeber.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib. O Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısından sonra Ukraynanı tənqid edib. Peter Siyarto, "Ukraynalılar bizi şantaj edə bilməzlər. Brüssel Macarıstan müxalifəti ilə əməkdaşlıq edərək Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhlükəyə ata bilməzlər", - deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Budapeşt Avropa Birliyindən Rusiya neftinin Ukraynadan keçən “Drujba” boru kəməri ilə Macarıstana nəqlinin bərpa edilməsini tələb etmişdi.