İranı tərk edin - Çağırış edildi

Çin xarici təhlükəsizlik riskləri səbəbindən vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Telexeber.az xəbər verir ki, bu barədə Çinin İrandakı səfirliyi və konsulluqları xəbərdarlıq yayımlayıb. Açıqlamada, İranda xarici təhlükəsizlik risklərinin əhəmiyyətli dərəcədə artdığı qeyd edilib. Xəbərdarlıqda, Çinin vətəndaşlarına İrana səyahət etməkdən çəkinmələri tövsiyə olunub və hazırda ölkədə olanlara təhlükəsizlik tədbirlərini artırmaları və ölkəni tərk etmələri bildirilib.
Xəbərdarlıqda bildirilir ki, İranda və qonşu ölkələrdəki Çin səfirlikləri və konsulluqları Çin vətəndaşlarına dəstək verəcək, o cümlədən kommersiya uçuşları və quru yolu ilə transferlər təşkil edəcəklər.
Популярный ролик