Azərbaycan XİN vətəndaşları İranı tərk etməyə çağırır
- 28.02.2026, 12:30,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İrandada təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Telexeber.az xəbər verir ki, bununla bağlı XİN "X" hesabında paylaşım edib.
Vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etmələrini, kütləvi toplaşma yerlərindən uzaq durmalarını, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycanın İrandakı Səfirliyi
[email protected]+98 905 523 01 07
+98 901 884 55 31
Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu
[email protected]+98 901 414 31 57
+98 935 317 21 01