Paşinyan yenidən baş nazirliyə namizəd göstərildi

Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən baş nazir postuna namizədliyi irəli sürülüb.

Telexeber.az xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” hesabında məlumat yayıb.


O bildirib ki, “Mülki Müqavilə” partiyası daxilində keçirilən seçkinin hər iki mərhələsi artıq başa çatıb.

Paşinyanın sözlərinə görə, səsvermənin nəticələri ilə bağlı etiraz üçün ayrılmış müddətdə heç bir şikayət daxil olmayıb. O, Hesablama Komitəsinin üzvlərinə, xüsusilə komitə sədri Hakob Arşakyanın rəhbərliyi altında qapalı və gizli səsvermənin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Baş nazir həmçinin partiya üzvlərinə ona yenidən etimad göstərdiklərinə, “Mülki Müqavilə”nin seçki siyahısına rəhbərlik etməyi həvalə etdiklərinə və ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürdüklərinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Ermənistanda parlamentə növbəti seçkilər bu il iyunun 7-də keçiriləcək.
Популярный ролик