Hörmüz boğazı açıq qalmalıdır - Sin Cinpin

Hörmüz boğazı normal naviqasiya üçün açıq qalmalıdır.

Telexeber.az xəbər verir ki, Çin sədri Si Cinpin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığında belə deyib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Si Cinpin bildirib ki, Hörmüz boğazının açıq qalması region ölkələrinin və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur. O, Çinin Yaxın Şərq və Körfəz bölgəsindəki vəziyyətlə bağlı hərtərəfli atəşkəsin tərəfdarı olduğunu və mübahisələrin siyasi və diplomatik yollarla həll üçün bütün səyləri dəstəklədiyini vurğulayıb.
Vəliəhd Bin Salman isə Yaxın Şərqdəki müharibənin Körfəz ölkələrinin təhlükəsizliyinə zərər verdiyini bildirib.
Популярный ролик