Monqolustanda güclü zəlzələ oldu

Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Bakı vaxtı ilə 8:23-də baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.
Популярный ролик