İran şərtləri qəbul etsə, əməliyyatlar dayandırılacaq - Tramp
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp İranın şərtləri qəbul edəcəyi halda əməliyyatının dayandırılacağını açıqlayıb.
Telexeber.az xəbər verir ki, Trampın sözlərinə görə, Tehran razılaşmanı qəbul edərsə, hərbi əməliyyat dayandırılacaq və Hörmüz boğazı bütün tərəflər üçün açıq olacaq. O, əks halda bombardmanların daha yüksək intensivliklə yenidən başlayacağını bildirib.
Qeyd edək ki, ABŞ mediasında Tehran və Vaşinqtonun razılığa yaxın olması ilə bağlı iddia irəli sürülüb. "Axios" nəşri yazır ki, ABŞ İranla bir səhifəlik anlaşma memorandumu imzalamağa yaxındır. ABŞ rəsmilərinin sözlərinə görə, tərəflər arasında hələ yekun razılıq əldə olunmayıb. Bununla belə, hazırkı vəziyyət danışıqların başlanğıcından bəri ən yaxın razılaşma mərhələsi kimi qiymətləndirilir.