Tramp yeni şərtlər irəli sürdü
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Trampın İranla müzakirə olunan sazişdəki müəyyən bəndlərdə dəyişiklik edilməsini tələb etdiyi iddia edilir.
Telexeber.az xəbər verir ki, mediaya danışan adı açıqlanmayan ABŞ rəsmilərinin sözlərinə görə, Tramp Ağ Evdə keçirilən görüşdə tərəflər arasında əldə edilən layihə sazişində dəyişikliklər edilməsini istəyib.
Rəsmilər iddia ediblər ki, Tramp razılaşmanın tez yekunlaşdırılmasını, həmçinin xüsusilə İranın nüvə materialları ilə bağlı bəndlərin gücləndirilməsini istəyib. Trampın zənginləşdirilmiş urana nəzarətlə bağlı daha ətraflı məlumat istədiyi iddia edilir.
Rəsmilər həmçinin iddia ediblər ki, Tramp Hörmüz boğazının yenidən açılması ilə bağlı ifadələrdə dəyişikliklər etməyi irəli sürüb. “New York Times” qəzetinin məlumatına görə, Tramp müharibəyə son qoymaq üçün İrana daha sərt şərtlərlə yenidən işlənmiş layihə saziş göndərib.