Trampdan yeni hücum anonsu
Facebook
Вконтакте
Одноклассники
Google+

"Ötən gün onlara ağır zərbə vurduq və bu gün də onlara ağır zərbə vuracağıq".
Telexeber.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, ABŞ helikopterinin İran tərəfindən hədəfə alınması ilə bağlı sualı cavablandırarkən belə deyib.
"İrana hücumları davam etdirəcəksinizmi?" sualına cavab olaraq Tramp, "Biz onlara hücum edəcəyik və çox sərt şəkildə. Helikopter hücumuna baxsanız, düşünürəm ki, bunu etmək hüququmuz var", - deyə bildirib.
Qeyd edək ki, Donald Tramp Hörmüz boğazında patrul xidməti göstərən “Apaçi” helikopterinin İran tərəfindən hədəfə alındığını açıqlamışdı. Onun sözlərinə görə, helikopterdə iki pilot olub və onlar xəsarət almayıblar.