Sülh sazişinin yekun mətni razılaşdırıldı - Şahbaz Şərif
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ və İran arasında münaqişənin dayandırılmasına dair sülh sazişinin yekun mətninin razılaşdırb.
Telexeber.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, İslamabadın vasitəçilik səyləri fonunda tərəflər sənədin yekun versiyası üzərində razılığa gəlib və hazırda imzalanma prosedurunun tamamlanması istiqamətində iş aparılır.
Şahbaz Şərif bildirib ki, sülh prosesini pozmağa çalışan bəzi qüvvələr tərəfindən əsassız məlumatlar yayılır, lakin buna baxmayaraq, danışıqlar müsbət nəticəyə doğru irəliləyir. O, Pakistanın hər iki tərəflə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Baş nazir, “Sülh hələ heç vaxt indiki qədər yaxın olmamışdı”, - deyə bildirib.