Sızdırılan məlumatlar doğru deyil - Tramp

ABŞ Prezidenti Donald Trump İranı mümkün müqavilə ilə bağlı məlumatları mediaya sızdırmaqda ittiham edib.

Telexeber.az xəbər verir ki, Tramp sosial media hesabındakı paylaşımda Tehranı müqavilənin şərtlərini saxta xəbər mənbələrinə ötürməkdə günahlandırıb. O qeyd edib ki, yayılan iddialar rəsmi şəkildə razılaşdırılmış şərtlərlə uyğun gəlmir. Tramp, “İranın saxta xəbər mənbələrinə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur. Onların zəif və acınacaqlı müqavilə iddiaları da daxil olmaqla, dedikləri heç bir şey doğru deyil”, - deyə bildirib.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın münaqişənin dayandırılmasına dair sülh sazişinin yekun mətni üzrə razılaşdığını bəyan edib.
Популярный ролик