Dünya Çempionatının keçirildiyi ölkə açıqladı - Qadağandır

2026-cı il FIFA Dünya Çempionatına ev sahibliyi edən ölkələrdən biri olan Kanadadan azarkeşlərə kritik gıda xəbərdarlığı edilib. Turnir çərçivəsində ölkəyə gələcək milyonlarla futbolsevərin sərhəd-keçid məntəqələrində kolbasa, sosis, basdırma və yumurta kimi məhsulları gətirməsinə qəti qadağa qoyulub.

Telexeber.az xarici mediaya istinadla xəbər verir ki, Dünya Çempionatı müddətində ölkədə yaranacaq sıx sərnişin axını heyvan mənşəli xəstəliklərin, bitki zərərvericilərinin və qida mənşəli bioloji risklərin artmasına səbəb ola bilər. Bu cür təhlükələrin qarşısını almaq məqsədilə ölkə daxilində qida təhlükəsizliyi qaydaları ən yüksək səviyyəyə qaldırılıb.
Yeni qaydalara əsasən, azarkeşlərin şəxsi baqajlarında gətirmək istədikləri ət məhsulları, eləcə də yumurta və yumurta tərkibli qidalar qadağan olunmuş məhsullar siyahısına salınıb. Qaydalara zidd hərəkət edən şəxslərin gətirdiyi ərzaqlar sərhəd qapılarında əllərindən alınacaq və dərhal məhv ediləcək.

Səlahiyyətli qurumlar turnir üçün Kanadaya səyahət edəcək bütün əcnəbi vətəndaşları və azarkeşləri yola düşməzdən əvvəl ölkənin qida idxalı qaydaları ilə yaxından tanış olmağa çağırıb. Eyni zamanda, sərnişinlərdən yanlarında daşıdıqları bütün gıda məhsullarını gömrük nəzarətində tam və əksiksiz şəkildə bəyan etmələri tələb olunur. Əks təqdirdə, qaydaları pozanları ciddi pul cərimələri gözləyə bilər.
Популярный ролик