ABŞ Suriyanı “terrora dəstək verən ölkələr” siyahısından çıxarır
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ administrasiyası Suriyaya münasibətdə mühüm qərar qəbul edib.
Telexeber.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa ilə görüşündə ölkəsinin Suriyanı “terrora dəstək verən ölkələr” siyahısından çıxaracağını bildirib.
Tramp ABŞ şirkətlərinin Suriyanın yenidən inkişafına töhfə verəcəyini qeyd edib və Şaraanın ölkəni birləşdirmək istiqamətində uğurlu fəaliyyət göstərdiyini deyib.
ABŞ dövlət katibi Marko Rubio isə qərarın Prezident Trampın Suriya xalqına yenidən ayağa qalxmaq imkanı vermək istiqamətində atdığı tarixi addımlardan biri olduğunu bildirib.
Onun sözlərinə görə, Şam administrasiyası Suriyanın gələcəkdə beynəlxalq terror fəaliyyətini dəstəkləməyəcəyinə dair rəsmi təminat verib.
Qərarın qüvvəyə minməsi üçün ABŞ Konqresində 45 günlük baxış müddətinin başa çatması tələb olunur. Bu addımın Suriyaya xarici investisiyaların cəlb edilməsini və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını asanlaşdıracağı qeyd olunur.