Nigeriyada silahlı hücum baş verdi - Çox sayda ölən var
Facebook
Вконтакте
Одноклассники
Google+

Nigeriyanın Plateau ştatında silahlı hücum həyata keçirilib.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməyən silahlı şəxslər Plateau ştatının Otukpo-Nobi kəndinə hücum ediblər.
Hadisə nəticəsində 10 nəfər həlak olub, çox sayda insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bölgə rəsmiləri hücumun baş verdiyi kəndə təhlükəsizlik qüvvələrinin cəlb edildiyini, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.