Daun sindromlu övladının bədənindəki izləri görüb dəhşətə gəldi - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Elazığ şəhərində Daun sindromu, autizm və epilepsiya diaqnozu qoyulmuş 14 yaşlı yeniyetmənin təhsil aldığı özəl xüsusi təhsil və reabilitasiya mərkəzində zorakılığa məruz qaldığı iddia edilib.
Telexeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, övladının bədənində xəsarət izlərini görən ata əvvəlcə xəstəxanaya, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisə ilə bağlı Elazığ Valiliyi tərəfindən cinayət və xidməti araşdırma başlanılıb. Eyni zamanda, İl Milli Təhsil Müdirliyi tərəfindən məsələni araşdırmaq üçün müfəttiş təyin edilib.
İddialara görə, Daun sindromu, autizm və epilepsiya diaqnozu olan 14 yaşlı Məhəmməd Cüneyt Yalçın təhsil aldığı özəl xüsusi təhsil və reabilitasiya mərkəzində fiziki zorakılığa məruz qalıb.
Mərkəzin rəhbərliyinin məlumat verməsindən sonra müəssisəyə gələn ata Mehmet Yalçın övladının bədənində döyülməyə işarə edən xəsarət izləri aşkar edib. Gördüyü mənzərədən sarsılan ata övladını Fırat Universiteti Xəstəxanasının təcili yardım şöbəsinə aparıb və burada ilkin tibbi ekspertiza rəyi alıb.