"Türkiyə sülh üçün dəstək verməyə hazırdı" - Hakan Fidan
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfərinin yekunlarına dair açıqlamasında Türkiyənin Rusiya-Ukrayna müharibəsində davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu deyib.
Telexeber.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o qeyd edib ki, Ankara tərəflərin yenidən danışıqlar masası arxasında əyləşməsinə və münaqişənin diplomatik yolla həllinə töhfə verəcək bütün səylərə dəstək verməyə hazırdır.
Hakan Fidan, həmçinin Türkiyə ilə Ukrayna arasında strateji tərəfdaşlığın möhkəmlənərək inkişaf etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, Ankara bölgədə sabitliyin və davamlı sülhün təmin olunması istiqamətində fəal rol oynamaqda davam edəcək.