Əfqanıstanda sel fəlakəti - Çox sayda ölən var
Facebook
Вконтакте
Одноклассники
Google+

Əfqanıstanın şərqində yerləşən Nuristan vilayətində güclü sel baş verib.
Telexeber.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, şiddətli yağışlar Nuristan vilayətində daşqınlara səbəb olub, yaşayış məntəqələri su altında qalıb.
Əfqanıstanın Milli Fəlakətlərin İdarə Olunması Qurumunun yaydığı açıqlamada bildirilib ki, təbii fəlakət nəticəsində azı 20 nəfər həlak olub, 80 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 100-dən çox şəxs isə itkin düşmüş hesab olunur.
Qeyd olunub ki, selin vurduğu ən böyük ziyan vilayətin inzibati mərkəzi olan Parun şəhərində qeydə alınıb. Fəlakətdən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Əfqanıstan iqlim dəyişikliyinin təsirlərinə qarşı ən həssas ölkələrdən biridir. Bu proses ölkənin bəzi bölgələrində quraqlıq riskini artırdığı halda, digər ərazilərdə intensiv yağıntıların və daşqınların daha tez-tez baş verməsinə səbəb olur.