Qarışıq nikahdan olan uşaqlar avtomatik Rusiya vətəndaşlığını ala bilər

Qarışıq nikahdan olan uşaqlar avtomatik Rusiya vətəndaşlığını ala bilər“Qarışıq nikahdan dünyaya gələn uşaqlar avtomatik olaraq Rusiya vətəndaşlığı almalıdır”.

Telexeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov VII Ümumdünya Rusiya Həmvətənləri Konqresində bəyan edib.
Onun sözlərinə görə, qarışıq ailənin harada yaşamasından və uşağın harada doğulmasından asılı olmayaraq, ölkə konstitusiyasına görə, o, Rusiya vətəndaşlığı almalıdır.

Nazir bilidirib ki, müvafiq təşəbbüs həmvətənlərə dəstək üçün atılacaq növbəti addımlardan biri kimi həyata keçirilə bilər.
Популярный ролик