Qonşu ölkə qapanmaya gedir - Prezident təsdiqlədi
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya prezidenti Vladimir Putin, ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin tətbiqi təklifini dəstəkləyib.
Rusiya dövlətinin başçısı qeyd edib ki, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər.V.Putin həmçinin əlavə edib ki, yoluxma faizi yüksək olan regionlar isə artıq 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə keçə bilər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirin müavini Tatyana Qolikova, koronavirusla əlaqədar vəziyyətin pisləşməsi fonunda qeyri-iş günü rejiminin tətbiq edilməsi təklifi ilə Prezidentə müraciət etmişdi.