Türkiyənin İstanbul şəhərində şəhidlərin dəfn olunduğu Ədirnəqapı qəbiristanlığında biabırçı hadisə baş verib.
Telexeber.az xəbər verir ki, iki gənc öpüşərkən kameraya düşüb. Gənc qızın və oğlanın bu davranışı böyük etirazlara səbəb olub. Məlumata görə, gəncləri lentə alan sakinlər bu barədə şikayət ediblər. Lakin hələlik cavab verilməyib. Qeyd edək ki, Ədirnəqapı qəbiristanlığında 1453-cü ildə İstanbulun fəthi zamanı Bizans döyüşçüləri ilə müharibədə həlak olan türk şəhidlər dəfn olunub.