Saakaşvili yenidən hakim qarşısına çıxarılır
Facebook
Вконтакте
Одноклассники
Google+

Sabah Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi üzrə məhkəməsi keçiriləcək.
Telexeber.az xəbər verir ki, məhkəmə saat 12:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.
Məhkəmədə Mixeil Saakaşvili də iştirak edəcək .
İclasda ittiham tərəfinin sübutları araşdırılacaq.
Xatırladaq ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə əlaqədar istintaqa oktyabrın 1-dən başlanılıb.