Xəbər verdiyimiz kimi, İrəvanda mitinqlər davam edir.
Telexeber.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayan növbəti aksiyada 211 nəfər saxlanılıb. Həmçinin yerli mətbuatın məlumatında qeyd edilib ki, Ermənistanın Daşnaksütyun Partiyasının sədri Simon Simonyan paytaxt İrəvanda saxlanılıb. Qeyd edək ki, aprelin 25-dən paytaxt İrəvan və Ermənistanın digər böyük şəhərlərində ölkədə mövcud hakimiyyətə qarşı kütləvi etirazlar və vətəndaş itaətsizliyi keçirilir. Etirazlarda müxalifət qüvvələrinin fəalları iştirak ediblər. Etirazçılara əsasən Artur Vanetsyan və İşxan Saqatelyan başçılıq edir.