Keçmiş KQB agenti dünyasını dəyişib

Keçmiş KQB agenti dünyasını dəyişibKeçmiş KQB agenti Dmitri Kovtun Covid-19-dan dünyasını dəyişib.

Telexeber.az xarici KİV-ə istinadla xəbər verir ki, o, Kremlinə qarşı çıxış etmiş Aleksandr Litvinenkonu zəhərləməkdə ittiham olunan iki şübhəli şəxsdən biridir.
Belə ki, Vladimir Putinin açıq-aşkar rəqibinə çevrilmiş Britaniya vətəndaşı və keçmiş KQB zabiti Litvinenko Londonda bir oteldə radioaktiv maddə qatılmış yaşıl çay içdikdən bir neçə həftə sonra dünyasını dəyişib. O, Dmitri Kovtun və Andrey Luqovoy adlı iki şübhəli şəxslə görüşündən sonra zəhərlənib.

Ölüm yatağında Litvinenko Putini onun öldürülməsinə göstəriş verməkdə günahlandırıb, lakin Kreml bunu inkar edib.

Qeyd edək ki, Andrey Luqovoy hazırda Rusiya parlamentinin tanınmış deputatıdır.
Популярный ролик