Putin məhbusları bu vədlərlə döyüşə göndərir - Xarici KİV
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya - Ukrayna müharibəsinin davam etdiyi vaxtda ciddi itkilərlə qarşılaşan Rusiya yeni yollara əl atır.
Telexeber.az Britaniyanın “Dailymail” qəzetinə istinadən xəbər verir ki, Rusiyada ciddi hərbçi çatışmazlığı səbəbindən döyüşə məhbuslar da cəlb olunur.
Bildirilir ki, əməliyyatı Putinlə əlaqəsi olduğu bilinən "Vaqner" qruplaşması həyata keçirir. Qruplaşma məhbusları Ukraynada "nasistləri "öldürmək üçün bir araya toplayır.
Həmin məhbuslara 1000 manata yaxın maaş verilləcəyi, 6 aydan sonra sağ-salamat qayıtdıqları təqdirdə cəzalarının ləğv ediləcəyi barədə vəd verilib.
Nəşr həbsxanalardan 200 nəfərin qeydiyyatdan keçmək istədiyini, lakin 40 nəfərin işə götürüldüyünü qeyd edir. Lakin bu xəbər Rusiyadakı məhbusların ailələri tərəfindən birmənalı qarşılanmayıb, bir çoxları buna etiraz ediblər.