İranda pandemiyanın 7-ci dalğası başlayıb
Facebook
Вконтакте
Одноклассники
Google+

İranda koronavirus pandemiyasının yeni - yeddinci dalğası başlayıb.
Telexeber.az İran mətbuatına isitnadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Bəhram Aynullahi bildirib.
“Peyvəndlənməni düzgün aparmayan ölkələr var. Bu ölkələrdə insanların təhlükəsizliyi aşağı səviyyədədir”,- deyə iranlı nazir bildirib.
O bildirib ki, virus mövcud olduqda mutasiyaya uğrayır və bütün ölkələrə təsir edir.
Qeyd edək ki, son sutkada İranda 5234 nəfər virusa yoluxub, 8 nəfər ölüb. Bu ölkdə dünyada virusa yoluxma sayəna görə, 17-ci sırada qərarlaşıb.