Türkiyə XİN-dən İsveçə XƏBƏRDARLIQ
Facebook
Вконтакте
Одноклассники
Google+

İsveçin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Telexeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, ona iyulun 21-də İsveçin Höteborq şəhərində terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının həyata keçirdikləri aksiya ilə bağlı xəbərdarlıq edilib.
Nazirlikdən baş verənlərin üçtərəfli memorandumda qeyd edilən öhdəliklərə zidd olduğu bildirilib.
Xatırladaq ki, İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitində NATO-ya üzvlük üçün müraciət edən Finlandiya və İsveç ilə Türkiyə arasında Türkiyənin narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb.