II Yelizaveta Liz Trassa tapşırıq verdi - Yeni hökumət formalaşacaq

II Yelizaveta Liz Trassa tapşırıq verdi - Yeni hökumət formalaşacaqBritaniya kraliçası II Yelizaveta keçmiş xarici işlər naziri Liz Trassa yeni baş nazir kimi hökuməti formalaşdırmağı tapşırıb.

Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə II Yelizaveta bu gün Liz Trassı yeni baş nazir kimi qəbul edərkən məlumat verib.


Trass kraliçanın təyin etdiyi 15-ci Baş nazir olub.

Dünən Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri seçilən Liz Trass çərşənbə axşamı baş nazir olacaq.

Qeyd edək ki, Trass Böyük Britaniya tarixində Baş nazir postunu tutan üçüncü qadındır. Belə ki, ondan əvvəl bu vəzifəni Marqaret Tetçer və Tereza Mey icra edib.
Популярный ролик