Putin neftin qiymətindən danışdı - Bundan sonra qiymətlər…
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə qərarına münasibət bildirib.
Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, qərar hansısa ölkəyə qarşı yönəlməyib. Putinin sözlərinə görə, məqsəd neft bazarında sabitliyi qorumaqdır və yeni qərar bundan sonra qiymətlərin sabit qalmasına şərait yarada bilər. Kremlin məsələ barədə açıqlamasında isə bildirilib ki, qərar Rusiya və ya başqa ölkəylə həmrəylik nümayiş etdirmək üçün qəbul edilməyib. Neft ölkələri neft bazarında sabitlik olmasının tərəfdarıdır.
Qeyd edək ki, ABŞ-ın təzyiqinə baxmayaraq OPEC+ ölkələri neft hasilatını gündəlik 2 milyon barel azaltmaq barədə qərar qəbul edib. ABŞ bu qərarə qarşı çıxıb.