Ərdoğan Ermənistan qarşısında Azərbaycanla bağlı şərt irəli sürdü
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşün bəzi detallarını açıqlayıb.
Telexeber.az xəbər verir ki, Ərdoğan Paşinyana bilidirib ki, Ermənistan Azərbaycanla normal münasibətlər qurarsa, Ankara da İrəvanla əlaqələri normallaşdıracaq. Türkiyə liderinin sözlərinə görə, hələlik Ermənistan əlaqələri normallaşdırmaq üçün ciddi səy göstərmir. “Diasporlar əlaqələrin normallaşmasına mənfi təsir göstərir” deyən Ərdoğan, bunun prosesə mane olduğun qeyd edib.
Qeyd edək ki, ötən ay Ərdoğan və Paşinyan Çexiyanın paytaxtı Praqada bir araya gəlib.