İranda irimiqyaslı etiraz aksiyasına hazırlaşan tələbələr "zərərsizləşdirildi" - 1200 gənc...
Facebook
Вконтакте
Одноклассники
Google+

İranda son iki həftə ərzində 4 univeristetdə 1200-ə qədər tələbə qidadan zəhərlənib.
Telexeber.az xəbər verir ki, bu barədə “Etemad” qəzeti məlumat yayıb. Tələbələrin sözlərinə görə, 4 univeristetdə eyni anda baş verən zəhərlənmə hadisəsi “şübhəlidir”. Bildirilir ki, zəhərlənmə hadisəsi tələbələrin hakimiyyətə qarşı 3 günlük etiraz aksiyası keçirmək barədə qərarından əvvəl baş verib.
İddia edilir ki, bəzi dairələr bu həmlə ilə tələblərin aksiyasını səngitmək istəyir. Rəsmi dairələr zəhərlənmə hadisəsi ilə bağlı hələki açıqlama verməyib.