Rusiyanın RT televiziyasının yayımladığı “dağsiçanının hekayəsi” adlı klipdə Qərbdəki enerji böhranı lağa qoyulub.
Telexeber.az xəbər verir ki, klipdə Avropada yeni il bayramını qeyd edən bir ailənın hekayəsi lentə alınıb. Klipdə avropalı ailənin soyuqdan çətinlik çəkdiyinə diqqət çəkilib. Klipdə 2021-ci ildə valideyn qızına dağsiçanı və onun qaldığı kiçik qəfəsi hədiyyə edir. Klipdə 2022-ci ildə isə valideyn dağsiçanının fırlanan qəfəsindən istifadə edərək enerji əldə etməyə çalışdığı müşahidə edilir.