“Rusiyanın Ukraynada apardığı müharibə dünya nizamını alt-üst edib"
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiyanın Ukraynada apardığı müharibə dünya nizamını alt-üst edib”.
Telexeber.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili belə deyib. O Tbilisidə keçirilən Səfirlər Konfransı 2022-nin açılışındakı çıxışında regional və qlobal hadisələri dəyərləndirib. Baş nazir bildirib ki, Rusiyanın ədalətsiz hərbi təcavüzü, Ukraynadakı müharibə dünya nizamını alt-üst edən ən böyük problemdir və ilin ən mühüm hadisəsidir. Ukraynadakı qarşıdurmaların bütün region üçün təhlükə yaratdığını deyən Qaribaşvili, müharibəyə son qoyulması üçün çağırış edib. Qaribaşvili Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib.
Qaribaşvili bəyan edib ki, Ukraynadakı müharibəyə və dünya miqyasında iqtisadi problemlərə baxmayaraq, ölkəsi bu il ikirəqəmli iqtisadi artıma nail olub.