Ərdoğan sözünü tutub o qızı ziyarət etdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ dağıntılarının altından 248 saat sonra çıxarılan Aleyna Ölmezə baş çəkib.

Telexeber.az xəbər verir ki, Ərdoğan Ankara Universitetinin Cebeci fakültəsində olub və qızın sağlıq durumu ilə maraqlanıb.

Qeyd edək ki, bir müddət əvvəl Ərdoğan Kahramanmaraşda baş verən zəlzələdən 248 saat sonra dağıntılar altından çıxarılan 17 yaşlı Aleyna Ölməzlə telefonla danışıb və xoş diləklərini çatdırmışdı. Onların dialoqu mediada da yayılmışdı.

Prezident Ərdoğanın "Ağrın varmı qızım?"sualına Aleyna: “Çox az ağrım var, keçdi",-deyə cavab vermişdi.

Türkiyə lideri “Əlhəmdülillah. Bilirsiniz, xəstələrin duaları qəbul olunur. Adınız da gözəldir. Prezidentlikdəki otağımda sizin adınız yazılmış “Aleyna” lövhəsi var. İnşallah ən qısa zamanda birlikdə olacağıq. Allah köməyimiz olsun, qızım”,- deyib. Aleyna isə “İnşallah. Hər şeyə görə çox sağ olun”, - deyərək minnətdarlığını bildirmişdi.
Популярный ролик