İlk dəfə dünyaya elan etdilər - Pandemiya belə ortaya çıxıbmış

“Koronavirus çox güman ki, Çin hökumətinin nəzarətində olan laboratoriyadan sızıb”.

Telexeber.az xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey belə açıqlama verib. O bildirib ki, FTB bir müddətdir ki, pandemiyanın laboratoriya ilə əlaqəli bir hadisə nəticəsində başladığını düşünürdü.
"Çin pandemiyanın mənşəyini dəqiqləşdirmək və faktları gizlətmək cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edir. Bu, hamımız üçün çox təəssüf doğurur”, - deyə o bildirib.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosu ilk dəfədir virusun mənşəyi ilə bağlı fikirlərini açıqlayıb. Virusun Uhan şəhərində dəniz məhsulları və vəhşi heyvanların satıldığı bir bazarda insanlara keçə biləcəyi barədə də iddialar var. Çin həmişə bu cür ittihamları rədd edib.
Популярный ролик