FTB-nin koronavirus ittihamlarına Çindən CAVAB
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) koronavirusla bağlı açıqlamasına cavab verib.
Telexeber.az “REUTERS”ə istinadən bildirir ki, Çin Xarici İşlər Nazirliyinin sözcüsü Mao Ninq Pekində jurnalistlərə açıqlamasında bu cür siyası manipulyasiyalara qarşı olduqlarını deyib və ABŞ-ın bu açıqlamasını qınayıb:
“ABŞ kəşfiyyatının saxtakarlıq və aldatma mövzusundakı zəif keçmişini nəzərə alaraq gəldikləri nəticələrin etibarsız olduğunu deyə bilərik. ABŞ tərəfini elmə və həqiqətlərə hörmət etməyə çağırırıq”.
Qeyd edək ki, dünən ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey COVID-19 pandemiyasının virusun Vuhandakı laboratoriyadan sızması nəticəsində baş verdiyini açıqlamışdı. O, Çini pandemiyanın mənbəyinin öyrənilməsini ləngitməkdə ittiham etmişdi.
Məlumat üçün qeyd edək ki, COVİD-19 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində meydana gəlib. Virus bütün dünyada 7 milyon insanın ölümünə səbəb olub.