Modi G20 ölkələrini konsensusa gəlməyə çağırdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanın baş naziri Narendra Modi G20 ölkələrinin xarici işlər nazirlərini Ukraynadakı müharibənin yaratdığı fikir ayrılıqları qırağa qoyaraq inkişaf etməmiş ölkələrin yaşadığı böhranların həlli ilə bağlı konsensusa gəlməyə çağırıb.
Telexeber.az xəbər verir ki, Yeni Dehlidə keçirilən G20 ölkələrinin xarici işlər nazirləri toplantısına video konfrans vasitəsilə qatılan Modi bildirib ki, Ukrayna müharibəsi səbəbindən ölkələr arasında dərin qlobal parçalanmalar var. Modi bildirib ki, bu fikir ayrılıqları böhranların həllinə mane olmamalıdır.
Onun sözlərinə görə, ölkələr illər ərzində əldə etdiyi irəliləyişdən sonra davamlı inkişaf hədəflərindən geri qalmaq riski ilə üzləşib.